Tereza Mey partiya sədrliyindən istefa verib
07.06.2019 557 0.0 0

Böyük Britaniyanın baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası liderliyindən istefa verdiyi barədə partiyanın rəhbər komitəsini məlumatlandırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, T.Mey istefa verəcəyini may ayının sonunda açıqlamışdı.

O, bu addımı təqdim etdiyi yenilənən “Brexit” sazişi layihəsindən narazı qalan partiya üzvlərinin, o cümlədən hökumət nümayəndələrinin təzyiqi ilə atıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar