Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib
07.02.2017 580 0
Böyük Britaniyanın baş naziri Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib, lakin rəsmi Tehranın Yaxın Şərq siyasətinə sayıq yanaşmağın vacibliyini vurğulayıb.
TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat katibi bildirib.
“Baş nazir qətiyyətlə bəyan edib ki, Böyük Britaniya İranın nüvə proqramına dair sazişi dəstəkləyir”, deyə mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, bu gün Tereza Mey İranla bağlı sazişin ən böyük əleyhdarı olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər