Ter-Petrosyan cəbhədə baş verənləri müzakirə etdi
03.05.2016 600 0.0 0


Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan Qarabağdakı  qondarma rejimin “rəhbəri” Bako Saakyanla görüşüb. Məlumata görə,  görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Ter-Petrosyan və Saakyan əsasən  cəbhə xəttində baş verənlərdən  narahatlıqlarını  ifadə ediblər. Keçmiş prezident Qarabağa ötən gün gedib. Ter-Petrosyan  Qarabağa sonuncu dəfə 2007-ci ildə səfər edib.

 

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla Qarabağdakı qondarma rejimin “rəhbəri” Bako Saakyan arasında görüş

 

Məlumata görə, Ter-Petrosyan Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasında israr edirdi.

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib.  Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib. 

 
Sarkisyanın Qarabağa görə cəmi iki həftə vaxtı var
Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib. 

Cəbhədə baş verən son hadisələrdən qorxuya düşən S.Sarkisyan hərbi hazırlığın artırılmasının əsas öhdəlik olduğunu deyib.

Cəbhədə vəziyyət gərginləşdikdən sonra - aprelin 4-də Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi Azərbaycan Ordusunun vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Qarşı tərəfin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar