Telman İsmayılov qətllə bağlı ittihamlara cavab verib
20.11.2017 1190 0
Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov Rusiyada baş vermiş qətldə iştirakı olmadığını bildirib.
Məlumata görə, bu barədə o, "Rossiya 24" telekanalına müsahibəsində deyib.
"Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gəlir? Mən bu işdə iştirakımın olmadığında israr edirəm və bunu sübuta yetirə bilərəm", - deyə o bildirib.
T.İsmayılov həmçinin əlavə edib ki, o, həyatı boyu heç bir cinayət törətməyib.
Daha əvvəl Moskvanın Basman Məhkəməsi onun qardaşı Vaqif İsmayılovu da qətl işi üzrə qiyabi həbs edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər