Telman İsmayılov barəsində həbs qərarı çıxarılıb
11.11.2017 1186 0.0 0

Moskva şəhərinin Basman məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.


“İnterfax” Agentliyinə istinadən verilən xəbərə görə, T.İsmayılovun vəkili Marina Rusakova bildirib ki, məhkəmə qərarına əsasən, o sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.

 

Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qərarla əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Apellyasiya şikayətinə noyabrın 15-də  baxılacaq.

 

Bildirilir ki, T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində günahlandırılır.  Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.

 

Xatırladaq ki, ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilmişdi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar