Telli Borçalı haqqında yayılan məlumatlara cavab verib
03.07.2016 2133 0.0 0

Bir müddət öncə Aşıq Telli Borçalı keçmiş MTN generalı Akif Çovdarovla dostluq münasibətləri səbəbiylə istintaqa dəvət olunduğuyla bağlı məlumat yayılmışdı. Yerli mətbuatın iddiasında bildirilirdi ki, Telli Borçalı hüquq-mühafizə orqanlarının bu dəvətindən yayınaraq ölkəni tərk edib, nə zaman geri dönəcəyi isə məlum deyil... 

Bildirək ki, Moderator.az - a açıqlamasında haqqında yayılmış xəbərlərə münasibət bildirən Telli Borçalı onun haqqında əsasız məlumat yayanları kəskin qınayıb:

“Bir müddət əvvəl də haqqımda ağılagəlməz, həqiqətə uyğun olmayan xəbərlər yayılmışdı. Həmin xəbərlərin stresindən çıxmamış indi də bu xəbərləri eşidib az qala havalanmışam. Bu xəbərləri kim yazır, kim yazdırır bilmirəm, bircə onu bilirəm ki, bu müqəddəs Ramazan ayında Allahın xoşuna gəlməyən günah işlə məşğul olurlar. Bu xəbərlərin arxasında kim durursa, Allah özü onun cəzasını verəcək. Deyim ki, mən o adamın, Akifdi kimdi,  adını heç düz əməlli bilmirəm, nəinki tanımaq, dostluq etmək. Elə bir adamın varlığından da məlum MTN hadisələrindən sonra xəbər tutmuşam, danışılanlardan, mətbuatda yazılanlardan xəbər tutmuşam. Mənim dostlarım saz, söz adamlarıdır, MTN-çilərlə nə dostluğum ola bilər axı”.  


Telli Borçalı haqqında bu xəbərləri yayanları üzr istəməyəcəklərii təqdirdə məhkəməyə verəcəyini bildirib:

O, “Sizə deyirəm ki, mənim Akif Çovdarovla dostluq münasibətlərim olmayıb, ümumiyyətlə o adamı tanımıram. Nə də məni heç bir hüquq-mühafizə orqanlarına çağırmayıblar. Ölkəni də tərk etməmişəm, vətənimdəyəm, evimdəyəm. Yalan xəbəri yazırlar, mənim fikrimi öyrənmirlər, bəhanə də edirlər ki, güya ölkəni tərk eləmişəm. 
Olke.az saytının rəhbərliyinə müraciət etmək istəyirəm. Mənim haqqımda şərəf və ləyaqətimə toxunan, adıma ləkə gətirən xəbərlər yazdıqlarına görə onları məhkəməyə verəcəyəm. " deyə bildirib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar