Gecə Bakıda yol ötürücülərindən birində intihara cəhd hadisəsinin qarşısı alınıb. Məlumata görə, Babək prospektindəki tunelin üstünə çıxan şəxs əlindəki telefonu hamıya göstərərək inthar edəcəyini bildirib. Bu yolla ətrafdakıların diqqətinə özünə cəlb edən orta yaşlı kişinin xilas edilməsi üçün həm polis, həm də xilasedicilər səfərbər olublar.
Yaxınına heç kəsi buraxmayan həmin şəxs, çox çək-çevirdən sonra istəyini və niyə bu yola əl atmasının səbəblərini açıqlayıb. Məlum olub ki, o böyük marketlər şəbəkələrindən birindən şikayətlənir. İddiasına görə, həmin obyektin mühafizəçiləri onun telefonunu sındırıblar. O isə yeni telefon tələbi ilə intihara cəhd edib.
Onun bir qədər sonra su və qəbul etmək üçün dərman istəməsi xilasediclərin və polislərin köməyinə yaradı. İstəklər qarşılanan zaman onun intihar cəhdinin qarşısı alınıb.
Polislə xilasedicilərin birgə səyi nəticəsində çıxdığı yerdən düşürülən həmin şəxsin sərxoş olduğu üzə çıxıb. İstəyini öyrənmək üçün ANS əməkdaşının ona ünvaladığı sual isə cavabsız qaldı.
Ərazi üzrə 37-ci polis bölməsinə aparılan həmin şəxsin 41 yaşlı paytaxt sakini Quliyev Elçin Arif oğlu olduğü müəyyən edilib. Bölmədə onun intihar cəhdinin səbəblərinə ayıdınlıq gətiriləcək./anspress/