Telefon nömrələrinin satış qaydaları dəyişdi
14.08.2015 1032 0.0 0

Nazirlər Kabinetinin yeni qərarına əsasən, telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişikliklər edilib. 

Hazırda yeni qərara uyğun olaraq, nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görülür. Bu məqsədlə, tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq "Elektron hökumət" portalı üzərindən həyata keçiriləcək.

Portalın operator Məlumat Hesablama Mərkəzindən Azərtac-a verilən məlumata görə, mobil operatorlar üzrə abunəçi bazaları fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdıqdan sonra portal üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq. “E-hökumət” portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq.

Bununla yanaşı, portal vasitəsilə vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və sair) göndərmək imkanı yaradılacaq. “E-hökumət” portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq. Eyni zamanda, portala onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar