Tehranda Səudiyyə səfirliyi hücuma məruz qalıb
28.09.2015 588 0.0 0

Məkkədə baş vermiş Mina faciəsindən sonra İranın paytaxtı Tehranda Səudiyyə Ərəbstanına qarşı etirazlar səngimək bilmir. Dünən insidentdən hiddətlənmiş yüzlərlə paytaxt sakini Krallığın Tehrandakı səfirliyi qarşısına toplaşaraq, qəzəb nümayiş etdirib. Əl-Səud ailəsi və rəsmi Ər-Riyada qarşı lənətlər yağdıran izdiham, bu ərəb ölkəsinin səfirliyinin qapadılmasını tələb edib. “Əl-Səud sülələsinə və satqınlara ölüm olsun” deyə səfirlik qarşısında polis maneəsi ilə üzləşmiş etirazçılar car çəkib və diplomatik missiyanın binasını daşa tutub. Polis etirazçıları geri çəkməyə çalışıb. 

“Allah Əl-Səud rejiminə lənət eləsin. Bugün onların ucbatından itirdiyimiz qardaşlarımız üçün matəm saxlayırıq, onları da matəm tutmağa məcbur edəcəyik. Qəzəbimiz soyuyan deyil. Əmin ola bilərlər ki, əvvəl-axır onların buradakı səfirliyini bağlamağa nail olacağıq. Onlara hər gün lənət oxuyuruq” - deyə etirazçı Rahilə məcid bildirib. 

Səud hökuməti Minada baş vermiş ölümcül izdihamın baş verməsinə görə təşkilati və təhlükəsizlik işlərində səriştəsizlikdə təqsirləndirilir. İranın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, baş verən basırıqda həlak olmuş 700-dən çox zəvvardan 155-i İran vətəndaşı olub, 321 iranlı zəvvarın aqibəti barədə hələ də heç bir məlumat yoxdur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar