Tehranda Energetika Nazirliyinə məxsus bina yanıb
06.02.2018 754 0.0 0

İran paytaxtı Tehranda istilik-elektrik stansiyasında yanğın baş verib.  

İran KİV-inə istinadən xəbər verilir ki, ölkənin Energetika Nazirliyinə məxsus olan stansiya Vəli-Əsr meydanında yerləşir. 

Yanğının təfərrüatı və itkilər barədə hələlik məlumat yayılmayıb.

İran mətbuatı yazıb ki, hadisə 2017-ci ildə “Plasko” ticarət mərkəzində baş verən yanğına oxşayır. Bu hadisəni “ikinci Plasko” da adlandırırlar.

Xatırladaq ki, 2017-ci il yanvarın 19-da Tehranda baş verən yanğında “Plasko” ticarət mərkəzi tamamilə çökmüşdü. Nəticədə 50-dən çox insan ölmüşdü. /Report/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar