Tehran Qərbə sərt mesaj verdi (VİDEO)
05.04.2015 701 0.0 0

İran isə bu həftə tarixi razılaşmaya imza atdı. Uzun müddət gündəmdə olan İranın nüvə proqramı ilə bağlı məsələ nəhayət ki, İsveçrənin Lozanna şəhərində həllini tapdı. Bununla da rəsmi Tehran nüvə sentrifüqalarını məhdudlaşdırır, Qərb isə İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırır. Amma yekun razılaşma iyun ayında olacaq.

ANS TV-nin məlumatına görə, əgər Qərb iyunadək yekunlaşdırılmalı olan nüvə razılaşmasından geri çəkilərsə, İran öz nüvə fəaliyyətinin indiki səviyyəsinə qayıdacaq. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dövlət televiziyasında qatıldığı tok-şouda bəyan edib. 

İranlı nazirin sözlərinə görə, 30 iyun tarixinədək yekun razılaşma əldə olunanadək, İran və “altılıq” ölkələrinin elan etdiyi çərçivə nüvə razılaşması etibarlı deyil:

“Biz dünyaya sübut edəcəyik ki, öz vədlərimizi yerinə yetirməkdə qərarlıyıq. Başqalarının bizə qarşı bəhanələr axtardığını da dünyaya göstərəcəyik. Amma istənilən vaxt qarşı tərəf bizim milli maraqlarımıza zərər vurarsa, necə davranacağımıza qərar verəcəyik. Razılaşma yekunlaşdırılan kimi, özümüzü bu variantdan çəkindirəcəyik”.

Zərif İrana qarşı sanksiyaların aradan qaldırılmasından da danışıb. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri sanksiyaların “müvəqqəti olaraq aradan qaldırılmasından” danışır. İran isə sanksiyaların müvəqqəti və ya qismən deyil, tamamilə ləğv edilməsini istəyir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar