Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb
21.06.2019 542 0
Tbilisidə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurma və gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 52 nəfər xəsarət alıb.
Qazeta.info “Report”a istinadla xəbər verir ki, onların 14-ü iştirakçı, 38-i isə polis əməkdaşıdır.
Bu ərəfədə aksiya iştirakçılarına qarşı ikinci dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar rəsmi olaraq hələ təsdiq edilməyib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər