Tayvanda it və pişik əti yemək qadağan olunacaq
13.04.2017 1036 0
Tayvan Parlamenti ölkə ərazisində it və pişiklərin yeyilməsi və satılmasını qadağan edən qanun layihəsini qəbul edib.
Məlumata görə, yeni qanuna əsasən, bu qaydanı pozanlar 8100 dollar dəyərində cərimə olunacaq.
Bundan başqa, bu heyvanlara qəsdən zərər yetirən və ya əzab verən şəxslər iki il müddətinədək azadlıqdan məhrum edilə bilərlər. Bu cür hərəkətlər üçün 62,5 min dollar cərimə də nəzərdə tutulub./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər