Tatlısəs xəstəxanaya düşdü
07.01.2016 690 0.0 0

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs xəstəxanaya düşüb.  "Hürriyət"ə istinadla verilən məlumata görə, sənətçinin vəziyyəti İzmirdə pisləşib. 
O, dərhal xəstəxanaya yerləşdirilib. 

Gecə saat 04 radələrində müğənninin vəziyyətinin pisləşməsinə səbəb qəbul etdiyi ağrıkəsici səbəb olub. Onun vəziyyəti yaxşıdır. 

İzmir Özəl Su Xəstəxanasının baş həkimi Əli Haydar Sucuoğlunun sözlərinə görə, sənətçidə qəbul edilən dərmandan sonra allergik reaksiya başlayıb. "Onun müalicəsinə dərhal başladıq. İndi vəziyyəti yaxşıdır". 

 


İ.Tatlısəs xəstəxanada - 2011-ci il


Xatırladaq ki, müğənni 2011-ci ildə silahlı hücuma məruz qalıb. O, proqramdan çıxarkən başından güllələnib. Ölümün eşiyindən dönən imperator aylarla xəstəxanada qalıb. Almaniyada və Amerikada müalicə kursu keçib. Buna baxmayaraq o hələ də tam sağalmayıb. Tatlısəsin sağ tərəfi, demək olar ki, tərpənmir. 

Türkiyənin tanınmış müğənnisi, martda silahlı hücuma məruz qaldıqdan sonra müalicəsi hələ də davam edən İbrahim Tatlısəs reabilitasiya mərkəzində evlənib. Məlumata görə, müğənni ilə Ayşegül Yılmazın nikahını Şişli bələdiyyəsinin başçısı Mustafa Sarıgül qeydə alıb.Bir qızı olan cütlük qısa müddət öncə boşanıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar