Tarkan Almaniyada özünə toy etdi
07.05.2016 901 0.0 0


Türkiyənin meqastarı Tarkan Almaniyada özünə toy edib. Məlumata görə, məşhur müğənni Pınar Dilek ilə toyunu Köln şəhərində keçirib. 

Məclisdə cütlüyün yaxın ətrafı və qohumları iştirak edib. Artıq Türkiyə mətbuatında toydan ilk görüntüləri yayılıb. Meqastar sevgilisi Pınar Dilekle aprelin 29-da Tarabyadakı villasında gizlicə nikah bağlayıb. Türkiyənin ən çox qibtə edilən subaylarından biri bununla da münasibətlərini rəsmiləşdirib.

Cütlüyün nikah mərasimi üçün dəbdəbədən kənar kiçik məclis qurulub. Mərasimdə cütlüyün dostları və qohumları iştirak ediblər. Tarkanın evi mərasimə görə çiçəklərlə bəzədilib. 

 

 

Gəlinin geyimi də klassikadan uzaq olub. Tarkan qara kostyumda olsa da, sevgilisi ağ sadə saçaqlı geyimdə olub. İfaçı Pınarla 5 ildir ki, sevgili idi. Onların münasibətləri ötən il ortaya çıxmışdı. Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlib.

Onlar ifaçının konsertlərindən birində tanış olublar. Belə ki, P.Dilek Tarkanın fanatlarından biri olub. Onların ilk fotosu da 2008-ci ildə, Tarkanın Almaniyada olan konserti zamanı çəkilib.

Fevral ayında müğənni sevgilisinə 1,5 milyon lirəlik (təqribən 800 min manat- red.) ev hədiyyə edib. Daha doğrusu, Tarkan evləndikdən sonra Pınar Dileklə birlikdə yaşamaq üçün ev alıb. O, evi sevgilisinin adına qeydiyyata salıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar