Tarix Muzeyinə Ağqoyunlular dövrünə aid sikkələr daxil olub
13.02.2018 976 0.0 0

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə yeni sikkələr daxil olub.

 

AMEA-dan verilən məlumata görə, Təbriz, Van, Diyarbəkir və Ərzincan zərbxanalarının istehsalı olan gümüş təngələr Ağqoyunlu hökmdarları – Uzun Həsən (1453 - 1477), Yaqub (1478 - 1490), Rüstəm (1491 - 1496), Məhəmməd (1497 - 1499) və Əlvənd (1497 - 1504) adından zərb edilib.

 

Ağqoyunluların sikkə zərbi və pul dövriyyəsinin tədqiqində önəmli vasitə olan bu təngələr hazırda muzeyin Numizmatika Fondunda qorunur.

 

Sikkələr Ağqoyunlu tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar