Tarif Şurası qiymətləri endirdi-SİYAHI
23.11.2015 1050 0
Tarif (qiymət) Şurasının 2015-ci il 23 noyabr tarixində keçirilmiş növbəti iclasında daha 530 dərman vasitəsinin qiyməti təsdiqləyib.
Qazeta.info Tarif Şurasına istinadla bildirir ki, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilmişdir ki, bunlardan 1160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1122 dərman vasitəsinin qiyməti bu ilin 1 dekabr tarixindən, 1258 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcəkdir.
İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilkdə 95 %-nin qiymətləri endirilmişdir.
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Şuranın iclasında həmçinin, yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və dekabrın 7-i sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilmişdir.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilmişdir.
Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, soba mazutunun topdansatış tarifinə baxılmış və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilmişdir. Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcəkdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər