TAP-ın tikintisi müvəqqəti dayandırıldı - SƏBƏB?
10.05.2017 837 0.0 0

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ərazisində tikinti işləri 1 ay müddətinə dayandırılıb. Məlumata görə, bu barədə konsorsiumun saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Məlumatda tikinti işlərinin dayandırılmasının səbəbi kimi layihənin Albaniyadan keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanması göstərilir.

Qalıqların Korçe vilayətinin Turan kəndi ərazisində tapıldığı bildirilir. Tapılan əşyaların eramızdan əvvəl X-IX əsrlərə məxsus olduğu qeyd olunur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar