TAP-ın dəyəri açıqlanıb
31.01.2017 818 0.0 0

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro təşkil edir. "APA-Economics" xəbər evrir ki, bunu TAP konsorsiumunun baş direktoru Yan Bredşou (Ian Bradshaw) bildirib.
 
"Layihənin icrası plana və təqvimə uyğun şəkildə həyata keçirilir. Bundan öncə obyektiv və subyektiv səbəblərdən konkret bir rəqəm deyə bilmirdik, lakin indi deyə bilərik ki, TAP-ın ümumi dəyəri 4,5 mlrd. avrodur", - deyə o bildirib.
 
O xatırladıb ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qaz 2018-ci ilin sonundan etibarən satılacaq. "Layihə çərçivəsində Avropa ilk qazını təxminən 1 il sonra, yəni 2020-ci ildə alacaq", - deyə Y. Bredşou qeyd edib.
 
Baş direktor qeyd edib ki, TAP layihəsi Avropa üçün strateji əhəmiyyət kəsb edir.
 
"Bu ilin ilk rübündə layihə çərçivəsində kompressor stansiyalarının tikintisinə başlanacaq", - deyə o əlavə edib.
 
Y. Bredşou onu da bildirib ki, bu il TAP-ın maliyyələşdirilməsi ilə bağlı bütün məsələlər həlli tapacaq.
 
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.
 
TAP layihəsinin səhmdarları SOCAR (20%), BP (20%), "Snam" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar