Beynəlxalq Deloitte audit və konsaltinq şirkəti TAP (Trans Adriatik Boru Xətti - Trans Adriatic Pipeline) layihəsi ilə bağlı təhlükəli proqnoz verib.
Məlumata görə, layihənin bir sıra risklərlə üz-üzə qaldığı bildirilir. Bu risklər isə siyasi və bürokratik, ekoloji səbəblərlə bağlıdır.
Zaman keçdikcə siyasi və texniki problemlər ucbatından təhlükənin arta, layihə xərclərinin çoxala biləcəyi qeyd edilir.
Bununla belə, hesabatda layihənin investisiya baxımından çətinlik çəkmədiyi də vurğulanır. Səbəb olaraq isə Avropanın enerji təhlükəsizliyini təmin edəcək TAP-ı Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirməsidir.
Bank layihənin reallaşması ilə bağlı iki milyardlıq kreditin ayrılması üçün artıq danışıqlara başlayıb.
TAP layihəsinin xəritəsi
Trans Adriatik Boru Xətti (Trans Adriatic Pipeline - TAP) ilə Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan İtaliyaya və daha sonra qərbi Avropaya nəqli planlaşdırılır. Təbii qazın Albaniya və Adriatik dənizindən keçərək çatdırılması nəzərdə tutulur.
Layihədə bir sıra beynəlxalq şirkətlər tərəfdaşlıq edir. Onlar içərisində SOCAR, BP, Statoil kimi neft şirkətləri də var.
Qaz borusunun gücünün illik 10 milyard kub metr olacağı gözlənilsə də, bu rəqəmin 20 milyard kub metrə qədər arta biləcəyi nəzərdə tutulur.
TAP-ın əsas rəqibi Nabukko qaz kəməri idi. Lakin 2013-cü il iyunun 28-də bu layhənin bağlandığı elan edilmişdi. Bundan sonra prioritet qaz kəmərinin TAP olduğu bildirilmişdi./anspress/