Tanınmış türk aktyorunun ailəsindən açıqlama-Yeniləndi
28.02.2016 965 0.0 0

Qazeta.info Türkiyə KİV-lərinə istinadla bildirir ki, Beşiktaş Bələdiyyə sədiri   Murat Hazinadar rəsmi Twitter səhifəsindən tanınmış teatr sənətçisi Kenan İşıkın dünyasını dəyişməsi barədə yaydığı xəbər yalan çıxıb.

Bildirək ki, Kənan İşıkın ailəsi və köməkçisi Fuad Torlak Türkiyə mətbuatına verdiyi açıqlamada aktyorun sağlamlıq durumunda hər hansı bir dəyişikliyin olmadığını və müalicəsinə evində davam edildiyini bildirib. Torlak, " "Sosial mediada 'Kenan İşıq vəfat etdi" şəklində yayılan xəbərlər həqiqəti əks etdirmir" deyə bildirib .

Xatırladaq ki,Beşiktaş Bələdiyyə Başçısı Murat Hazinadar da yayılan xəbərə görə üzürxahlıq edərək bildirib ki, xəbəri onun Twitter səhifəsindən özü deyil köməkçisinin yaydığını bildirirb.

                                  *****
 

Qazeta.info Türkiyə KİV-lərinə istinadla bildirir ki, Beşiktaş Bələdiyyə sədiri   Murat Hazinadar rəsmi Twitter səhifəsindən açıqlama verərək,tanınmış teatr sənətçisi Kenan İşıkın dünyasını dəyişdiyini bildirib. 
Ancaq bildirilir ki, qeyd edilən xəbərin doğrulamnası istiqamətində Kenan İşığın ailəsindən ya da həkimlərindən vəfat etdiyini təsdiqləyəcək hər hansı bir açıqlama verilməyib.
Xatırladaq ki, tanınmış aktiyor 2014 cü ilin mart ayında, İstanbulda idman salonlarının birində ayağının sürüşməsi nəticəsində yerə yıxılaraq başından ciddi zədə almışdı.Qazeta.info bildirir ki, beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Kenan İşık Almaniyada müalicəsini davam etdirirdi.

 


Xatırladaq ki, 1947-ci ildə Malatyada doğulan K.İşık 17 yaşından professional teatrçı kimi fəaliyyətə başlayıb və
1972-ci ildə Dövlət Teatrı sənətçisi olub. 30-dan çox mükafata layiq görülən K.İşıq, bir çoxunun yadında  "Kim Beş Yüz Bin İstər?" yarışma proqramının aparıcısı kimi də yadda qalıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar