Tanınmış hakim Ənvər Seyidov reanimasiyaya düşüb
13.12.2016 813 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızdığı barədə məlumat yayılıb. 
 
Qazeta.info
Lent.az-ın məlumatına əsasən bildirir ki, məhkəmədən əldə olunan məlumata görə, o, Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
 
Mərkəzi Neftçilər Xəstəxanasından isə məlumatı təsdiqləyiblər. 

Xəstəxanadan verilən məlumata görə, tanınmış hakim Ənvər Seyidovun həyatına təhlükə qalmayıb və səhhətində irəliləyişlər var.

 Məlumata görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib. Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.
 
Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar