Tanınmış futbolçu karyerasını başa vurub
20.12.2017 874 0.0 0

Çexiya yığmasının və İngiltərənin “Arsenal” komandasının sabiq futbolçusu Tomaş Rositski karyerasını başa vurub.

“Report”un məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi bu barədə vətənində təşkil etdiyi mətbuat konfransında bildirib. O, deyib ki, yenə futbol oynamaq istəsə də, fiziki durumu buna imkan vermir.

Qeyd edək ki, Tomaş Rositski peşəkar futbolçu karyerasını ilk klubu Praqa “Sparta”sında başa vurub. Çexiya millisinin heyətində 150 oyuna 23 qol vuran Rositski Almaniyanın “Borussiya” (Dortmund) komandasının da formasını geyinib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar