İngiltərənin ”Totenhem” klubunun tanınmış futbolçu Emmanuel Adabayor müsəlman olub.
Məlumata görə, 31 yaşındakı Toqolu futbolçu Kəlimeyi-Şəhadət gətirərək müsəlman olub. Həmin anlar cib telefonu vasitəsi ilə qeydə alınıb. Adebayorun İslamı seçməsi, "Totenhem" azarkeşləri arasında böyük əks-sədaya səbəb olub. Tərəfdarlardan bəziləri Adebayorun orucunu daha rahat tuta bilmək üçün başqa kluba gedə biləcəyini söyləyib.
15 ildir formasını geydiyi Toqo milli komandasında 63 qarşılaşmada 29 qol atan Adebayor "Metz", "Monako", "Arsenal", "Mançester Siti" və "Real Madrid" klublarında oynayıb. Futbolçu 2012-ci ildə "Totenhem"ə transfer olub. Adebayor 2008-ci ildə Afrikada ilin futbolçusu seçilib.
Nigeriya əsilli futbolçu ölkəsində Togo liqası komandalarından "Sportinq Klub de Lomé"da futbola başlayıb. Adebayor U-15 səviyyəsinə futbol oynayarkən Fransız klubu "Metz" tərəfindən kəşf edilib. Adebayor 1999-ci ildə (15 Yaşında) "Metz"e transfer olub. 2001-ci ildə 17 yaşında professional futbolçu olub və əsas heyətə düşüb. /anspress/