«TANAP gözlənildiyindən ucuz başa gələcək» (VİDEO)
10.11.2015 497 0
TANAP-ın tikintisi gözlənildiyindən ucuz başa gələcək.
ANS TV-nin məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. Kəmərə çəkiləcək xərclərin azalması isə keçirilən tender proseslərində çox sərfəli təkliflərin olmasıdır.
Bundan əvvəl TANAP-ın xərcləri 10-11 milyard dollar civarında qiymətləndirilirdi. İndi xeyli qənaət olacaq.
Rövnəq Abdullayev bildirib ki, qiymətlərin 20-25 faiz aşağı olması gözlənilir.
“Tender nəticələri bunu əvvəlcədən planlaşdırdığımızdan dəfələrlə ucuz başa çatdırmağımıza imkan verdi. Son vəziyyətə görə, artıq qaynaq işləri aparılır. Rotanın hazırlanması isə başa çatıb”, deyə Rövnəq Abdullayev bildirib./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər