Əfqanıstanın Taliban administrasiyanın Müdafiə Nazirliyinin sözçüsü iştirak etdiyi televiziya proqramında ona verilən suala cavabı ilə diqqət çəkib.
Məlumata görə, ölkədə yayımlanan 1TV telekanalında proqrama qatılan nazirliyin sözçüsü İnayətullah Xarəzmi ona ünvanlanan bir çox şəxsi sualları cavablandırıb.
Xarəzminin cavabları arasında ən diqqət çəkəni “Kurtlar Vadisi” serialı ilə bağlı hissə olub.
“Axırıncı dəfə nə vaxt və hansı filmə baxmısınız?” sualına Xarəzmi “Kurtlar Vadisi” cavabını verib.
Onun verdiyi cavab sosial şəbəkələrin Türkiyə seqmentində maraqla qarşılanıb.
Avqustda hakimiyyəti ələ keçirən Talibana bağlı bir çox şəxs ölkədə yayımlanan televiziya proqramlarında iştirak edir. Siyasi müzakirə proqramları ilə yanaşı, Taliban rəsmiləri axşam tok-şoularına da qatılırlar./Teleqraf.com/