Taliban rəsmisi Antalya Diplomatiya Forumunda iştirak edəcək
09.03.2022 343 0
Əfqanıstanda hakimiyyətdə olan Talibanın xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Antalya Diplomatiya Forumunda iştirak edəcək.
"Ariana News"a istinadən verilən xəbərinə görə, bu barədə Taliban XİN-in sözçüsü Abdul Qahar Bəlxi məlumat yayıb.
O bildirib ki, artıq xarici işlər naziri Türkiyəyə yola düşüb.
Taliban XİN-in sözçüsü deyib ki, Moləvi Əmirxan Müttəqi Türkiyədə Antalya Diplomatik Forumunda iştirak edəcək və Əfqanıstanla bağlı panel müzakirələrində çıxış edəcək.
Səfər Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər