Taleh Bağırova yenidən hökm oxunub
13.02.2018 949 0.0 0

Bu gün Qaradağ Rayon Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində yeni başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçieilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Bağırov 5 ay müddətinə azadlıqdan məhrum edilib. Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün cəza yeni cəza ilə birləşdirilərək, onun barəsində qəti olaraq 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. 

Xatırladaq ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, onun üzərindən kəsici-deşici əşya tapılıb.  

Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan qapalı həbsxanasında cəza çəkir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar