TALE BAĞIROVAUN HƏBS MÜDDƏTİ 4-AY UZADILDI
13.08.2014 1805 0
Avqustun 13-də Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovu 4 ay azadlıqdan məhrumetmə cəzası verib.
Məhkəmədən verilən məlumata görə Taleh Bağırov Cinayət məcəlləsinin 317-1(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə ittiham olunub.Onun kamerasından mobil telefon tapılıb.
ilahiyyatçı Tale Bağırov martın 31-də tutulub. Dörd ay əvvəl azadlığa çıxmış ilahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq, narkotik vasitə saxlamada ittiham olunur. Sabunçu rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib.
Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu qərarla da ona verilən həbs müddəti 2 il 4 ay olub.-//Yeni Musavat
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər