İndoneziyada orduya məxsus hərbi yük təyyarəsi qəzaya düşüb. "Reuters"ə istinadla verilən məlumata görə, "Hercules C-130" tipli təyyarə Sumatra adasındakı Medan şəhərində qəzaya uğrayıb.
Təyyarə adadlı evlər və otel binasının üstünə düşüb. Hərbi bazadan havaya qalxan təyyarənin pilotları problem olduğunu müəyyən ediblər. Onlar geri qayıtmaq istədikdə isə qəza baş verib.
Qəzadan sonra elektrik xətlərinə də ciddi ziyan dəyib. Hadisə yerində yanğın başlayıb.
İnoneziya rəsmiləri, hadisə zamanı ən az 30 nəfərin öldüyünü açıqlayıb. İndoneziyalı axtarış-xilasetmə səlahiyyətlisi Hisar Turnip bildirib ki, dəqiq araşdırmalardan sonra ölü sayının artacağı istisna edilmir.
"Hercules C-130"da 12 ekipaj üzvü olub. Onlardan beşinin cansız bədənini aşkar olunub.
Təyyarədə sərnişin də olduğu deyilir. Lakin hələlik onların dəqiq sayı açıqlanmır.
Qazadan sonra hadisə yerinə axışan indoneziyalıların çoxu cib telefonları ilə baş verənləri çəkiblər.
ABŞ istehsalı "Hercules C-130" təyyarələri orta və uzaq məsafəlidir. Əsasən NATo ölkələri və ABŞ-da geniş istifadə edilir. /anspress/