Ət və şokolad yeyəndə... depressiyaya düşürsən
24.05.2017 929 0.0 0

Tez-tez ət və şokolad yemək insan psixikasını məhv edir və uzunsürən depressiyaya səbəb olur. Bu qəribə nəticəyə ispan tədqiqatçıları gəliblər. Informing saytı xəbər verir ki, alimlər 10 il ərzində 15 min könüllünün analizini toplayaraq onların psixi durumunu və qida rasionunu dəyərləndiriblər.

 

Tədqiqatların yekununa əsasən müəyyən edilib ki, şirni, xüsusilə şokolad və yağlı ət həvəskarları əsəb sisteminin pozulmasından daha çox əziyyət çəkirlər. Onlar sakitləşmək və normal hala düşmək üçün daha çox sedativ preparatlar qəbul edirlər.

 

Alimlər depressiyanın inkişaf riskini azaltmaq üçün şirnisevənlərə və “ət yeyənlərə” bir müddət ət və şokoladdan uzaq olmağı, yaxud heç olmasa pəhriz günləri keçirməyi məsləhət görürlər./musavat.com/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar