Şou biznesdə növbəti toy.Məlumata görə, ANS-də yayımlanan "A-dan Z-yə" verilişinin növbəti buraxılışı fərqli şou ilə yadda qalacaq.
18 aprel saat 22:00-da Zaur Nəbioğlunun təqdimatında yayımlanacaq verilişdə iki məşhurun toyu və nigah mərasimi olacaq. Şou biznesdə qalmaqallı və hər zaman etraflarında söz-söhbət səngiməyən cütlük kimi tanınan Təranə Qumral və Musa Musayev illər evvəl müəyyən səbəbdən rəsmi nigahlarını pozublar. O zamandan rəsmi nigaha daxil olmayıblar və illər əvvəl birgə həyat quranda da Musa Musayevin ailəsi icazə vermədiyinə görə toy mərasimi etməyiblər.
Bunu nəzərə alan aparıcı bu cütlüyə toy və rəsmi nigah mərasimi qurub. Bu mərasimdə onların yaxınları, ailə dostları, qızları, kürəkən və nəvələri də iştirak edib.
Verilişin pavilyonunda toy abhavası yaradan aparıcı məşhur sənətçiləri də qonaq dəvət edərək veriliş zamanı çox mətləblərin üstün açacaq.
Xatırladaq ki, bir müddət əvvəl şəxsi həyatları ilə gündəmə gələn cütlüyün bu izdivaclarını Musa Musayevin ailəsi qəbul etməyib. Təranə Qumral ilə ailə qurduğuna görə qohumları və ailəsi ondan üz döndərib. Bu səbəbdən də verilişin sonunda aparıcı sürpiz edilib. Cütlüyün ən çox xeyir-dua almaq istədikləri ana çəkiliş məkanına dəvət edilib.
Göz yaşları, ilk dəfə edilən açıqlamalar və s. ilə bol olan bu buraxılışı qaçırmayın. /anspress/