Yaşlı insanların həyat şəraitini yaxşılaşdırmaq üçün robot-qulaq dostunun tətbiqinə başlanılıb.
Məlumata görə, Portuqaliyanın Koimbra şəhərində tənha yaşayan qocalar üçün köməkçi robot yaradılıb.
Robot eşidəcək, görəcək, emosiyalar ifadə edəcək və ən əsası danışmağı bacaracaq.
Koimbra Universitetinin alimi Qonsalo Martinsin sözlərinə görə, robot səsləri fərqləndirmək və insanla dialoq qurmaq bacarığına malikdir.
Robot həm də evdəki təhlükəsizliyə nəzarət edəcək, məsələn soyuducunun qapısı açıq qaldıqda, yaxud soba söndürülməyəndə ev sahibinə bu barədə xəbər verəcək.
Robot evdə hərəkət etməyi də bacaracaq. Eyni zamanda tənha və ahıl insanlara gündəlik işlərində kömək edə, məsələn itən eynəyi tapa, yaxud dərmanın qəbul vaxtını xatırlada bilər. Hazırda robot qocalar evlərində sınaqdan keçirilir.
Alimlər robota təlabatın böyük olduğuna inanırlar./Trend/