Təmas xəttində monitorinq keçiriləcək
04.06.2015 652 0
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirəcəklər.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər