TƏM-TƏRAQLA KOBANİYƏ GEDƏN PEŞMƏRGƏ GERİ QAÇIR
01.11.2014 1381 0.0 0

İraqdan gələrək Türkiyədən Kobaniyə təm-təraq ilə  keçən peşmərgələr Kobani yolunda qorxub qaçmağa çalışdığı iddia edildi. 

Türkiyə mətbuatının yaydığı məlumata görə,Şimali İraq Regional Kürd Rəhbərliyi tərəfindən Suriyanın Kobani şəhərinə göndərilən və Şanlıurfanın Suruç Mahalında bir müddət gözləyən peşmərgə üzvülərinin bəziləri xəstə olduqlarını söyləyərək İŞİD-in üzərinə getməkdən yayındıqları, 9 peşmərgə nümayəndəsinin də qaçmağa cəhd etdiyi ortaya çıxdı. 

Peşmərgənin  Türkiyədən təhlükəsiz  keçişinə  xidmət edildiyi halda, bu birləşmədə çalışan rütbəli şəxslər də 'fərarilik cəhdi'  halları peşmərgədə vəziyyətin hansı halda olduğuna şahid olmağa şərait yaratdı.Peşmərgə komandirliyinin bildirdiyinə görə fərarilik cəhdi belə reallaşıb: 

Haburdan Çərşənbə günü səhər  saatlarında  71 peşmergenin olduğu silahlı döyüşçü karvanı, axşam saat 21.30 sıralarında Şanlıurfaya 25 kilometr qalmış bir obyektin qarşısında yemək fasiləsi üçün dayanıb.

Təhlükəsizlik qüvvələrinin də zirehli vasitələrlə əhatə olunduğu peşmərgə üzvünün 9-u, yemək fasiləsi zamanı yoxa çıxıb. Fərq edilən bu şübhəli məqamdan sonra ətrafdakı müəssisələri nəzarətə alan peşmərgə təhlükəsizlik gücləri tapa bilmədiyi peşmərgə üzvünün fərarilik etmiş ola biləcəyi ehtimalı üzərə ətrafda araşdırma başlayıb. 

Təhlükəsizlik gücləri, görüşdüyü bəzi yerli sakinlərin 9 peşmərgə üzvünün  birlikdə yaxınlıqdakı dağlıq əraziyə doğru getdiyini söyləməsindən sonra axtarışlar bu bölgəyə cəmləşdirilib. Ərazidə axtarış edən polis və əsgərlər 20 dəqiqə sonra 9 peşmərgələri ağaclıq sahədə tutdu. 

Kobaniyə getmək istəmədiklərini söyləyən bu peşmərgələr yoldaşlarının yemək yeyilən yerə gətirildi və hadisə büyütülmeden  yoldaşlarının sıralarına qatılmaları  təmin olunub.


Teqlər:TƏM-TƏRAQLA KOBANİYƏ GEDƏN PEŞMƏRGƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar