Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitnin dəyişəcəyi haqda məlumat yayıb.
Qazeta.info bildirir ki, yayılan məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 01-i gündüzdən 02-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Axşam yağış yağacagı ehtimalı var.
Havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 01-i günün ikinci yarısından 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.