Təəccüblü elan: keçmiş nazir iş axtarır
05.05.2015 852 0.0 0

Yunanıstanın sabiq naziri hamını təəccübləndirəcək addım atıb. 

Məlumata görə, Yunanıstanın sabiq daxili işlər naziri Arqiris Dinopul iş axtarması barədə elan yayımlayıb. 

Elanda bildirilir ki, siyasətdə və iqtisadi böhran şəraitində 13 il təcrübəsi olan sabiq nazir iş axtarır. 

Samaras hökumətində daxili işlər naziri poztundo olan Arqiris Dinopul 25 yanvarda keçirilən seçkidə millət vəkili olmadığı üçün özünə iş axtarmağa qərar verib. Onun iş elanı ‘devnetjobs.org’ saytında yerləşdirilib. 

Qeyd edək ki, sabiq nazir eyni zamanda jurnalist fəliyyəti ilə də tanınır. O, bir müddət Yunanıstan mətbuatı üçün müharibə repotyoruluğu edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar