SWIFT-dən ayrılacaq Rusiya banklarının sayı artırılır
03.05.2022 16198 0.0 0

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayrılacaq Rusiya banklarının siyahısının genişləndirildiyini açıqlayıb.

Bildirək ki, bu barədə Borrell bazar ertəsi Panama səfəri zamanı jurnalistlərə bildirib.

 

"Daha çox Rusiya bankı SWIFT ödəniş sistemindən çıxarılacaq. Energetika sektorunda isə biz Rusiya neftinin idxalına təsir edəcək tədbirlər üzərində çalışırıq"-deyə Borrel əlavə edib.

Qeyd edək ki, bu gün Avropa Komissarları Kollegiyasının iclasında Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketi müzakirə ediləcək.

Məlumata görə, altıncı sanksiyalar paketi çərçivəsində Aİ-nin qara siyahısının daha da genişləndirilməsi, daha bir neçə Rusiya bankının SWIFT-dən çıxarılması və Rusiyadan neft tədarükünə qismən embarqo qoyulması gözlənilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar