Dörd gün əvvəl Yanszı çayında qəzaya uğrayaraq batan “Şərq ulduzu” səyahət gəmisinin sərnişinlərinə və ekipaj üzvlərinə aid daha 65 cəsəd tapılıb.
Gəmidəki 456 sərnişindən 14-ü sağ qalıb.
Məlumata görə, dövlət mətbuatı yazıb ki, 370 sərnişinin axtarışı hələ də davam edir. Tufana düşmüş gəmi tamamilə batıb.
Gəmi mühəndisləri bildiriblər ki, indiyədək kiminsə sağ qalmasına ümid yoxdur. Təqribən 80 ailə polisə müqavimət göstərərək hakimiyyətdən cavab tələb edib. Məlumata görə, meyeitlər artıq suyun üzərinə çıxmağa başlayıblar.
Xatırladaq ki, mətbuatı və ictimaiyyət nümayəndələri hadisənin baş verdiyi əraziyə buraxılmır.
GƏmi Nankin şəhərindən Çuntsinə yollanan “Şərq ulduzu” sərnişin gəmisi mayın 1-də qasırğaya düşərək qəzaya uğrayıb. Bir neçə dəqiqə ərzində suyun dibinə gedən dörd göyərtəli gəmidə turist gəzintisinə çıxmış çox sayda yaşlı insan olub./anspress/