İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişiklər məcəllədəki bəzi müabhisəli məqamlara son qoyacaq.
Qazeta.info bildirir ki, bu barədə ATV.az-a dadışan hüquqşunah Ərşad Hüseynov bildirib ki, yolda müəyyən olunan sürət həddini aşan sürücülər üçün 4 fərqli məsuliyyət nəzərdə tutulur:
“İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi sürət həddinin aşılma dərəcəsinə görə dörd səviyyədə məsuliyyət nəzərdə tutur:
Sürət həddi 10-20 km/saat aşılarsa – 10 manat cərimə;
Sürət həddi 20-40 km/saat aşılarsa – 50 manat cərimə və 2 cərimə balı;
Sürət həddi 40-60 km/saat aşılarsa – 150 manat cərimə və 3 cərimə balı;
Sürət həddi 60 km/saat-dan çox olarsa – 250 manat cərimə və 4 cərimə balı.
Amma bu cərimə problemlər yaranmasına səbəb olurdu. Belə ki, bəzən yol polisləri sürücünü yolda saxlayıb deyirdilər ki, sürət həddini 20 km/saat aşmısan və 50 manat cərimə ödəməlisən. Halbuki 10 manat da cərimələmək olardı. Bu mübahisəni aradan qaldırmaq üçün təzə məcəllədə dəyişikliklər edilib.
Həmin dəyişikliklərə əsasən:
Sürət həddi 10-20 km/saat aşılarsa – 10 manat cərimə;
Sürət həddi 21-40 km/saat aşılarsa – 50 manat cərimə və 2 cərimə balı;
Sürət həddi 41-60 km/saat aşılarsa – 150 manat cərimə və 3 cərimə balı;
Sürət həddi 61 km/saat-dan çox olarsa – 250 manat cərimə və 4 cərimə balı.
Yəni, məsələn, sürət həddini 20 km/saat aşmısansa, 50 manat yox, 10 manat ödəməlisən”.
Qeyd edək ki, yeni məcəllə mayın 1-dən qüvvəyə minəcək.