Sürücülərə yazılan bütün cərimələr sistemdə sıfırlandı - FOTO
05.03.2016 1953 0.0 0

Qazeta.info  Avtosfer.az-a istinadla bildirir ki, son günlər bəzi sürücülər elektron sistemdə cərimələri yoxlamaq məqsədi ilə  asanpay.az az saytında maraqlı mənzərə ilə üzləşirlər. Belə ki, sistemdə sürücüyə cərimə, tarix və inzibati protokolun nömrəsi qeydə olunsa da, cərimə məbləği 0.0 manat kimi göstərilir. Bəzi sürücülər bunu cərimənin yalnış tətbiq edilməsi, bəziləri isə cərimənin silinməsi kimi qəbul edərək sevinsələr də, Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasını da nəzərdən keçirmək lazımdır. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, heç kimin cəriməsi silinməyib və yalnış yazılan cərimələrdən də söhbət gedə bilməz. Sistemdə cərimələrin sıfırlanması isə texniki məsələdir: «Bildiyiniz kimi, yeni İnzibati Xətalar Məcəlləsi qəbul edilib və Dövlət Yol Polisi bəzi inzibati xətalara görə də elektron protokollar tərtib etməlidir. Bundan əlavə, tərtib edilmiş bütün elektron protokollar sürücülərin elektron kabinetinə, yəni, asan ödəniş sisteminə yönləndirilməlidir. Bu səbəbdən də hazırda Baş Dövlət Yol Polisi İdarəsinin elektron sistemində müəyyən texniki işlər həyata keçirilir. Sistem elə qurulmalıdır ki, cərimələr elektron kabinetə yerləşdirilərkən yalnışlıq olmasın, gələcəkdə hansısa problem ortaya çıxmasın. Bu səbəbdən də sürücülərə tövsiyyə edirik ki, sistem tam hazır olduqdan sonra bütün cərimələr olduğu kimi görünəcək və cərimə məbləği də əksini tapacaq».
Kamran Əliyev bildirib ki, sistemdə yenidənqurma işləri yaxın günlərdə başa çatacaq və sürücülərə əlavə məlumat veriləcək. Hər hansı anlaşılmazlıq olarsa sürücülər Dövlət Yol Polisi İdarəsinin 902 «qaynar xətt»inə zəng edə bilərlər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar