Sürücü Bakıda 12 yaşlı oğlanı avtomobil ilə vurub qaçıb
28.07.2016 593 0
Bakıda avtomobil piyadanı vurub.
Məlumata görə, hadisə paytaxtın Məhəmməd Hadi küçəsində baş verib. Naməlum avtomobil Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Hüseyn Rzazadəni vurub.
H.Rzazadə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər 12 yaşlı oğlanın həyati təhlükəsi olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər