Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisi, sərhəd xəttində patrul uçuşu edən Türk Hava Qüvvələrinə aid F-16 döyüş təyyarəsinin Suriyaya aid raket sistemləri tərəfindən radar kilitləməsi edilərək təcavüz edildiyini açıqlayıb.
Dünən meydana gələn mövzuyla əlaqədar Baş qərargah Başçılığının internet saytından edilən açıqlamada belə deyilib.
Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki , "Hatay üzərində hava döyüş patrulunun vəzifə borcunu icra etməkdə olan F-16 təyyarəmizə, Suriyadan SA raket sistemləri tərəfindən Türkiyə vaxtı ilə saat 11.16-da dörd saniyə müddət ilə radar kilidini mühafizə etmək surətiylə təcavüz olmuşdur. 7 F-16 ilə Türkiyə-Suriya hüdud xətti boyunca patrul uçuşu icra edilmişdir. " deyə Türkiyə Silahlı Qüvvələri Baş qərargah idarəsindən açıqlamasında qeyd olunub.