Suriyada qanunsuz silahlı qruplaşmalar pilotsuz uçuş aparatları ilə Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər.
"TASS"a istinadən verilən məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov deyib.
Y.Borenkov bildirib: "Dekabrın 22-si axşam saatlarında qeyri-qanuni silahlı qruplaşmaların üzvləri pilotsuz uçuş aparatlardan (PUA) istifadə edərək Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər. Saat 23:02-də Rusiyanın hava hücumundan müdafiə sistemləri aviabazaya cənub-şərq istiqamətindən yaxınlaşan 2 PUA aşkar edib və məhv ediblər".
Onun sözlərinə görə, xəsarət alanlar olmayıb, aviabazaya maddi ziyan dəyməyib, aviabaza "plan üzrə fəaliyyət göstərir"./Trend/