Suriyada Rusiyaya məxsus hərbi helikopterin vurulub
01.08.2016 704 0.0 0

Rusiyaya məxsus Mi-8 tipli hərbi helikopterin Suriyada vurulması xəbəri təsdiqlənib.

 

“Milliyet” qəzetinə istinadən verilən xəbərə görə, Rusiya Müdafiə Nazirliyi hərbi helikopterin Suriyanın İdlib şəhərində müxalifət qüvvələri tərəfindən vurulduğunu təsdiqləyərək, hərbi helikopterdə 5 hərbçinin olduğunu bəyan edib. Hərbi helikopterdəki ekipaj üzvlərinin hamısı ölüb. 

 

“Röyters” xəbər agentliyi “Əl-Nüsra” cəbhəsi üzvlərinin helikopter vurulandan sonra onun ətrafında sevinərkən çəkilmiş fotolarını yayımlayıb.

 

Qeyd edək ki, 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlar həyata keçirən Rusiyanın indiyə kimi 15 əsgəri öldürülüb. Bundan başqa, iyul ayının əvvəllərində Humusda Rusiyaya məxsus hərbi helikopter İŞİD tərəfindən vurulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar