Suriyada İŞİD-in əsas maliyyəçisi məhv edilib
23.06.2017 910 0
Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.
TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.
Məlumata əsasən, Cübeyr ər-Raui iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.
Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər