Suriyada İŞİD-ə ağır zərbə
03.06.2015 822 0
Suriyada “İslam dövləti”nə (İŞİD) ağır zərbə vurulub.Belə ki, qruplaşmasının liderlərindən biri, terrorçuların “xarici işlər naziri” Məhəmməd Əl-Hələb məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu Suriyanın Xasaka şəhərində öldürülüb. O, Suriya Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.
Xatırladaq ki, apreldə İŞİD qruplaşmasının “müdafiə naziri”, mayda isə “neft naziri” məhv edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər