Suriyada İran ordusunun daha bir komandiri öldürülüb
14.12.2016 901 0.0 0

Suriyanın Hələb şəhərində İran ordusunun daha bir komandiri öldürülüb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, İran İnqilab Keşikçiləri qvardiyasının “Tedmür İmha” taborunun komandanı Həsən Əkbəri Suriyanın şərqində gedən döyüşlərdə həlak olub.

 Məlumata görə, o, 1980-1988-ci illərdə İran-İraq müharibəsində də iştirak edib və döyüşlərdə yaralanıb. 

Suriyada 5 ildir davam edən döyüşlərdə Bəşşar Əsəd rejiminə dəstək verən İranın 15 generalı və çoxlu sayda əsgəri öldürülüb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar