Suriyada döyüşən azərbaycanlıların yeni VİDEOSU
18.03.2016 1009 0.0 0

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlı terrorçuların yeni videogörüntüsü yayılıb.

Məlumata görə, videoda “İraq-Şam İslam Dövləti” terrorçu qruplaşmasına daxil olan azərbaycanlı yaraqlıların yeni əməliyyata hazırlaşdıqları görüntülənib.

Videoda “İraq-Şam İslam Dövləti” silahlı qruplaşmasının üzvü “Həmzə” adlı azərbaycanlı xüsusi olaraq təqdim edilir. Bundan başqa azərbaycanlılarla birgə Türkiyə vətəndaşları da görüntülərdə əks olunub.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində döyüşlərə başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 150-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./azvision.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar