Suriyada daha 7 Türkiyə hərbçisi yaralanıb
24.11.2016 585 0
Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan “Fərat Qalxanı” əməliyyatında daha 7 Türkiyə hərbçisi yaralanıb. APA-nın “Milliyyet”ə istinadən verdiyi xəbərə görə, “təcili yardım” maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb.
Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər